Çayxanada qorxa-qorxa toplaşırıq. Küçədə
ümumiyyətlə toplaşa bilmirik. Digər toplaşma yerlərindən QHT-lərin ofisləri
əllərimizdən alınır – xarici QHT-lər bir-birinin ardınca bağlanılır.
3-4 nəfəri bir yerdə görən kimi polisə xəbər gedir,
gəlib dağıdırlar.
Təcridxanadan çıxan dostlarımızın qabağına çıxırıq,
5-6 polis göndrilir bizi heç dayancaqda da gözləməyə qoymurlar.
Rayonlarda lap biabırçı vəziyyətdir.
Deyilənə görə on minlərlə hərbi və yarımhərbi
qüvvələr gətirilib paytaxta.
Telefonlar dinlənilir, insanlar izlənilir, evlər
pusulur...
Adam izlənilən dostları birgə toya, yasa da getməyə
çəkinir ki, gəlib məclisi dağıdarlar.
Bunların qorxusu keçən deyil, biz də əl çəkən.
Çox gedəcək belə?
Comments
Post a Comment