Adətən azlıq çoxluğa tabedir. Amma bəzi şeylər var
ki, burda çoxluğun istəyindən asılı olmayaraq azlıq haqlıdır. Bunlar adətən ya
hakimiyyətə münasibətdə, ya da mentalitetə münasibətdə təzahür edir. Hərəsinə
bir nümunə yazacam:
-
Bəzən elə
olur ki, əksəriyyət demokratiya yox, başqa nəsə istəyir: teokratiya, diktatura
(o cümlədən proletariat diktaturası), şəriət dövləti və s.. Amma yenə
haqsızdılar. Çünki demokratiya istəyənlər azlıqda olsalar da, haqlıdılar. Lap
ölkədə demokratiya istəyən heç olmasa da, BMT-zad gəlib orda zorla, silah
gücünə demokratiya yaratmalıdır;
-
Kiminsə
cinsi həyat kimi intim məsələsinə qarışmaq olmaz. Lakin bəzən olar, hətta
vacibdir. Mentalitet qadından bakirə olmağı tələb edir və bu mentalitet hakim
olan ölkələrin xanımlarının əksəri 20-30-40 (adətən anormal hallara bu yaşlarda
rast gəlinir, başqa yaş qrupları da ola bilər) yaşlarında bakirə olaraq qalır.
Bu bədbəxtlərin cinsi həyatına nəinki qarışmaq olar, onu ictimai qınaqla biabır
etmək lazımdır. Bakirəlik testinin tərəfində deyiləm. Amma elə mühit yaratmaq
lazımdır ki, adamlar bakirəlikləri ilə fəxr etməsinlər, kifayət qədər uzun
illər ərzində yanıq kimi yaşadıqlarına əmin olduğumuz yaşlarında bakirə
olduqlarına görə xəcalət çəksinlər.
Comments
Post a Comment