Bir müddətdir, 19-cu əsr rus ədəbiyatı ilə tanış
oluram. Oxuduqlarımın hamısında Rusiyanın biabırçı vəziyyəti görsənir.
Ac-yalavac insanlar, çirkli, rəzil həyat...
Bu videoaya baxanda dərhal həmin əsərlərin beynimdə
yaratdğı səhnələr gəldi gözümün önünə.
YOXsul insanlar...acından ölməmək üçün ən ağır
şəraitdə işləmək...çirk... mundarlıq...dözülməz həyat...
İnsanlar elə vəziyyətə düşüblər ki, qarınlarından
başqa nəyisə düşünmələri xeyli çətinləşib və təbii ki, geyimləri daxil olmaqla
xarici görünüşlərinə heç fikir vermirlər. Nəticədə cır-cındırın içində həyatda
qalmaq üçün sürünmə dərəcəsində mübarizə aparan insanlar görüntüsü yaranır...
Bütün bunların fonunda məmur
özbaşınalığı...milyonları olan adamların YOXsuldan sonuncu qəpiyi də almaq üçün
ağlagəlməz vəhşiliyi...
Vəziyyətin dözülməzliyi yıxılan qadının rolikin
axırlarına yaxın düşdüyü vəziyyətdən görünür. Görün, qadını nə hala salıblar
ki, naşatırı burnuna dirəyib saxlasalar da, heç cürə ayılmır, eləcə başı
kəsilmiş toyuq kimi çabalayır. Təsəvvür edin, ən aşağı səviyyəli iş şəraitində
çalışmağa razı olan, demək olar, hər şeylə razı olan insana nə ediblər ki, onun
sinirləri tab gətirməyib.
Ağıl “bir az da döz” deyib, hisslər isə üsyan edib,
beyin normal fəaliyyətdən imtina edib...
O qadının çırpınmağı heç zaman yadmdan çıxmayacaq.
Comments
Post a Comment