Bu gün çayxanada qonşu stolda bir qrup oğlan
danışırdı. Biri daha yüksək səslə (əslində qışqıraraq) danışırdı. Təəssüf ki,
onun səs tonunu, cingiltili samitləri ağzında tüpürcəkləri çalxalayaraq, kar
samitləri dodaqlarını bir-birinə daha bərk sıxaraq tələffüzünü burda verə
bilmirəm. Amma həqiqətən dəhşətli dərəcədə pafosla danışırdı. Gücüm ona çatır
ki, onun bəzi yadımda qalan cümlələrini eşitdiyim kimi qırıq-qırıq, mümkün
qədər tələffüzündəki kimi yazım:
-
(telefonla
danışır) massskvadan gəlib dossstumla görüşürəm də...
-
Ala,
gəldilər məhləyə, dedik ala, siz kimsiz?
-
Saşanı
çağırdıq, babanın (Heydər Əliyevi nəzərdə tutur) yanındakı Saşanı. Saşa gəldi.
Saşa dedi ki... Saşa baxdı bizə... Saşa qaqaşı çağırdı... Saşa... Saşa...
-
Tampogilin
dükanının qabağında Saşanı gördük qaqaşla...
-
Qaqaş
qızla gəldi məhləyə... Saşa ilə tutduq onu. Dedük, alə, anamız-bacımız var.
Qaqaş üzr-zad istədiii, tuda-sudaaa, tutub, alə, çırp ki, çırpasan. Anası çıxdı
qaqaşın. Ağladı, özünü öldürdü. Gördük, alə, qaqaş sürünür uçaskovının
budkasına. Saşa ilə orda ona çatıb mitilini atdıq...
-
Tampo
çıxdı dükanından. Gördü, Saşa ilə biryerdəyik... Həri...
Comments
Post a Comment