Demokratik ölkədə yaşasaydıq, nələr edərdik
məsələsində adətən verilən cavablar kimi standart sözlər deməyəcəm. Dostum
Könül Zeynallının dəstəyi ilə daldığım xüsusi xəyalları bölüşəcəyəm.
Yaşayaydıq demokratik ölkədə, çıxardım küçəyə,
dostlarımla gəzib-gəzib yorulub, yolda oturardım. Uzanardım yolda, baxardım
səmaya. Amma yolun ortasında uzanaydım. Qoşa xətti kürəyimlə tapdalayıb. Səmada
ulduzlar olaydı. Şəhərin işıqlarının görünməz edə bilmədiyi ulduzlar.
Azadlığın simvolu ola biləcək qədər geniş çöllükdə
salınan şəhərimizi bir çöl zənn edib uzanardım asfalta. Kimsəsiz çöldəki kimi
əlimi ulduzları tutarcasına uzadanda dostlarımdan birinin şəhərlilərsayaq
gözəlliyinimi (təbii yox, şəhərəxas gözəlliyini), avtomobilin siqnalınımı,
polisin müdaxiləsinimi hiss edib ayılardım. Bilərdim ki, azadlıqların çölündə
deyil, məhdudiyyətlərin şəhərindəyəm.
Əgər məni oyadan dostumsa, durub onunla bərabər
bacardıqca yuxarı tullanar, “azadlıq” deyə bağırardım. İçimdəki azadlıq odunu
püskürürcəsinə...
Əgər məni oyadan maşın siqnalıdırsa, qalxıb
sürücüyə “azadlıq” deyə qışqırardım. Maşından düşüb “maşın xarabdır deyən
sürücüyə” siqnalını söyməklə gülə-gülə cavab verərdim. Sürücünün təpiyinin
ağrısında azadlığı dadardım.
Əgər məni oyadan polisdirsə, onunla 2 cür
davranardım:
1) Öpərdim
onu, qucaqlayardım, başımı qoyardım sinəsinə, döş nişanının üzərinə, düşünərdim
ki, indi dünyanın 80%-i belə demokratiyanı görmür, polisə nifrət edir,
azadlığıma şükür edə-edə ağlayardım o uniformalı sinədə;
2) Durub
söyərdim onu. Ağzıma gələni deyərdim. Polisə müqavimət göstərərdim. Dubinkanı
çıxarıb vurardı məni. Bacarsam, qaçardım ondan. Dubinkanın ağrısından
ulaya-ulaya qaçardım. Bu ulartı da azadlığımın püskürməsi olardı. Qaçardım
dayanmadan prezident adminstrasiyasının binasına. Üzümü binaya tutub “aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaazadlıq”
deyərdim. Bununla da transa keçərdim. Elə bilərdim, səsimlə o bina yerlə yeksan
olur. Bakı silinir, yerini çöl alır, ucsuz-bucaqszılığı azadlığı ifadə edən
çöl. Bu çöldə hamıya yer olacaq. Dünyanın 80%-inin hamısına. Qoy bu azadlığın
əleyhinə çıxan əclaflar mənim azadlıq püskürməyimlə Bakının yerləşdiyi çöldən
rədd olub gedən binaların qalaqlandığı xarabalıqda gəbərsinlər.
Mən Bakını azadlıq paytaxtı etmək istəyirəm. Çöl
etmək istəyirəm. Hamımızın azadlıq püskürə biləcəyi çöl.
Comments
Post a Comment