Get-gedə çətinləşən vəziyyət...
Mənim vəzifəyə layiq olduğum halda başqa
ləyaqətsizin orda işləməsi... mənim məhz siyasi fəaliyyətimə görə işsiz qalmam,
işəgötürənin bu şərəfsizliyi utanmadan, qırmızı-qırmızı üzümə deməsi... bu
qırmızılığın cəmiyyətdə adi sayılması, norma kimi qəbul edilməsi, mənim buna
etirazımın anormallıq sayılması...
Arzuların, planların pula görə suya düşməsi...
sevgilin daxil başqalarının yanında utanmaq...
Gəlirimi kəsməklə məni fəaliyyətimdən
uzaqlaşdırmaqlarından qorxmam... məni ölkədən didərgin sala bilmələrindən
qorxmam... məqsədim uğrunda nəisə edə bilməyəcək duruma düşməyimdən qorxmam...
Ayda cibimə təmiz 800 manat girməsi ilə heç nə
girməməsi arasında fərq...
Birdən-birə - 1 ayın içindəcə bu vəziyyətdə
qalmaq... ardınca da məni işdən qovan işəgötürənin “adam kişi olar” deməsi
qədər səviyyəsizləşməsi... mənə iş tapa bilən qohumların, tanış-tunuşun sabah
mən işdən qovulanda mənə görə “adlarının batmaması” üçün real vakansiyaları
məndən gizlətmələri...
PUL YOXSA AZADLIQ SEÇİMİ QARŞISINDA QALMAQDAN
QORXMAM...
P.S. amma heç vaxt satılmayacağıma inamım, uzaqbaşı
ölkədən getməyim, bir də sevgilimin həmişə, hər dözülməz şəraitdə mənlə olması,
ikimizin də AZADLIQdan başqa tapındığımız bir şeyin olmaması mənə güc verir,
pul verməsə də, pulun verə bilmədiyini verir.
Comments
Post a Comment