Dövlətlər 2-ci dünya, 3-cü dünya
dövlətləri kimi yox, aid olduqları əsrlə tanınacaqlar. Bu zaman da Avropanın
inkişaf dövrləri əsas götürüləcək. Məsələn, Azərbaycana gələn biri deyəcək ki,
“neçənci əsrdəsiniz?”, cavab verəcəyik ki, “14-cü əsrdə”. Yəni biz Avropanın
mərkəzləşmiş dövlətlərin, manufakturaların yenicə yaranmağa başladığı 14-cü
əsrindəyik. İranda 12-ci əsrdə, Ərəbistanda 7-ci əsrdə, Şimali Koreyada
quldarlığın tüğyan etdiyi 2-ci əsrdə, Lesotoda 6-cı əsrdə, Somalidə e.ə. 2-ci
əsrdə deyəcəklər bu suala cavab olaraq.
P.S. Bəlkə də, “Belə getsə...”ni bir silsilə kimi davam etdirəcəyəm.
P.S. Bəlkə də, “Belə getsə...”ni bir silsilə kimi davam etdirəcəyəm.
Comments
Post a Comment