“İçərişəhər” adına “bakı soveti”
metrostansiyasında təmirdən sonra tualet açıblar. O gün ikinci dəfə ora getdim.
Birinci dəfə fikir verməmişdim. Tualet elə bil 60 yaşı olan məktəbn tualetidir,
sadəcə üstünə bəzəyib yeni göstərirlər. Suyu çəkmək mümkün deyil, sadəcə işini
görüb başqaları kimi iylənə-iylənə qoyub gedirsən. Hər yer kəskin xlor
iylənirdi.
Yəqin təzəlikcə “təmizləyiblər”. Yaxşı
xidmət olmayan yerlərdən, təbii ki, zəhləm gedir. Tüpürdüm bunlara da. Çıxıb
gördüm geyimlərindən, həyat tərzlərindən tualetin bir hissəsinə çevrilmiş 2
arvad söhbət edir. 1 manat verdim, biri
dedi ki, “gözlə, xırdalayıb qaytaraq, cəmi 40 qəpiyim var indi”.
Gözləyə-gözləyə
fikirləşirdim ki, niyə bunlar tualeti adam kimi təmizləmirlər. Axı özləri bütün
günü burda otururlar. Bunu axırda anladım. Tələsirdim, dedim “eybi yox, 40
qəpik qalsın sizə”. Fikirləşdim, etiraz edər, özünü dilənçi-filan hesab
etməyimi fikirləşər. Amma bir az duruxub arvad başladı dil-ağız etməyə. 40
qəpiyə görə o qədər təşəkkür etdi ki, mənə tualetin təmizlənməmə səbəbi çatdı.
Comments
Post a Comment