Cabbar Savalanın tutulması ilə bəzi
məsələlərdə dəyişikliklər oldu. Nəzərimə çatdıqca yazıram bunlardan.
Cabbar tutulana qədər hesab edirdik ki,
özünüsenzura yalnız nəzarətdə olanlar üçündür. Amma indi aydın oldu ki,
senzuraya düşən sözlər müəyyənləşdirilib və bütün şəbəkə boyu bunlar axtarışa
verilir.
Kimdə tapılsa, o adama arzuolunmaz tale
yaşatmaq istəyirlər.
Lakin həmişəki kimi
savadsızlıqlarındandır, təcrübəsizliklərindəndir, bilmirəm nədəndirsə, yenə də
burunlarından uzağı görmürlər. Planlaşdıra bilməyiblər ki, Cabbarın tutulma
səbəbini və bəhanəsini prioritet etməklə Cabbarın dəstəkçilərini həmin
hərəkətlərə sövq edirlər.
Yəni Cabbarı tutmaqla gösərdilər ki,
nədən qorxurlar, nəyi özlərinə təhlükə görürlər, hansı söz deyiləndə hürkürlər.
Hələ də bunlara çatmır ki, hürkən at
uzaqabaşı bir-iki nəfəri şıllaqlayıb əzər, əvvəl-axır öz ipini qırıb qaçacaq.
Özünüsenzura da indi başqa itiqamət
alıb – taran istiqaməti. Cəsarətli adamlar axtarırlar ki, hansı söz onlara
Cabbarın taleyini yaşadar və kütləvi olaraq bu sözlərdən istifadə edirlər.
Həmin sözün qorxunc olması mifini sındrırlar.
Comments
Post a Comment