Düşük siyasət



Əsəbləşirəm ee bunların bu düşüklüyünə. Obama liviyaya qarşı sanksiyalar imzalayırmış. Ay amaaaan. Qəddafi intihar edəcək bu imzadan sonra.
İraqa girmək lazım olanda nəisə gözləməyə ehtiyac yox idi. Amma qəddafinin bu qədər qəddarlığının cavabı bir sanksiya imzalamaq oldu. O da nə qədər xahiş, minnət, qırğından sonra.

Elə anlaşılmasın ki, səddan rejimini amerika işğalından üstün tuturam. əksinə, liviyanın da amerika tərəfindən işğalını arzu edirəm, nəinki bu qırğınları.
İndi amerika, avropa sanksiyalar qoyur liviyaya qarşı, pis-pis edirlər (yəni pisləyirlər), qınayırlar, “yekə kişisən, eləmə” deyirlər. Nə qədər bayağı, nə qədər düşük...
Həbs qoyurlar bank hesablarına. Adama deyərlər, o bank hesabı açanda hara baxırdız? Onun hər seçkisini “demokratiyaya doğru addım, ləpir, iməkləmə...” sayanda niyə həbs qoymurduz?
Vaxtilə bombalanırdı tripoli. nəsə qərblilərin xoşuna gəlməmişdi. Noldu indi? 2 mindən çox adam ölüb, ama rasmussen hərbi əməliyyatı istisna edir.

Comments