Möhtəşəm qisas



-         Qancığın qızı. Qəhbə. Nəslini s.kəcəm sənin. Götür cırıqlarını da, cəhənnəm olun burdan.
Qadın ağlayır, zərbələrin ağrsından çox mənəvi ağrılarının dözülməzliyini hiss edirdi. Ard-arda başına dəyən şapalaqların, belinə, böyrünə dəyən təpiklərin, üstünə atılan stulların, boşqabların fonunda 3 qızının hərəsi evin bir küncündə ağlayır, üzlərini örtmüş əllərinin arasından dəhşətlə evlərində mütəmadi təkrarlanan mənzərəyə baxırdılar.
Ataları artıq saylarını itirmiş hesabda analarını yenə döyürdü. Döyülməyə “səbəbkar” qız isə elə hönkürtü ilə ağlayırdı ki, 10 aylıq qardaşları da oturduğu yerdə təəccüblə ona baxırdı. Evin kişisinin isə gözü qızmışdı. Uşağın hönkürtüsü bezdirdi onu. Nər kimi 4 uşağından üçüncüsü olan – abortun gecikdirilməsinə görə doğulmuş qızına sarı döndü. Saçlarından tutub qaldırdı. Qızın ayaqları yerdən üzüldü. Çığırtısı aləmi götürdü.
 
-         Kəs səsini, qancıq. Anan kimi şüvən salma. Məni biabır edəcəksiz, - qızı əlindən buraxıb əlavə etdi, - heç doğulmayacaqdın, oğraşlar aborta imkan versəydilər, - arxasını pərən-pərən olmuş 4 qadına, üzünü oğluna çevirib bir-iki addım atdı, - neçənci dəfədir deyirəm. Bu tifilə güldən ağır söz deyənin ağzını cırıb qulağının dibinə çatdıracam. Hələ əl qaldırırmış..., - bunu deyib həmin hönkürtü ilə ağlayan kiçik qızına sarı döndü, əlini yanındakı stola atıb baxmadan bakalı götürdü və qıza tolazladı, - ... bu qancıq.
Qız çığırıb əyildi, bakal divara dəyib çilikləndi. Kişi əlini belinə qoyub otağın baş tərəfində dövrə vurmağa başladı. 2-3 dövrə vurmuşdu ki, 10 aylıq yeganə oğlu iməkləyə-iməkləyə gəlib onun yolunun üstünə çıxdı. Əyilib uşağı qucağına aldı. Bayaqdan qadınlara baxan qəzəbli, dəhşətli, əyilmiş sifət bir anda dəyişdi, süni gülümsədi, uşağı oxşatmağa başladı. Uşağın anası və səhər-səhər ona acıqlanmış balaca bacısı xısın-xısın ağlayır, altdan-altdan kişinin hərəkətlərinə göz qoyurdular. Digər 2 bacı da ağlamasalar da, ağlamağa hazır vəziyətdə qorxa-qorxa ata-balaya baxırdılar.
Sanki bu 4 qadın o 10 aylıq körpədən imdad gözləyir, indicə onun nə yollasa etiraz edəcəyini umurdular. Bu qədər qışıqırığı, səs-küyü eşidən qonşular mentalitetə əsaslanıb “sıfır” reaksiya vermişdilər. Evdə faktiki cinayət baş verirdi, qonşular çox gözəl bilirdilər ki, bir-iki divar o üzdə nələr olur. Lakin kimsə “başqasının işinə qarışmaq” fikrində deyildi. Adama nə deyərlər? Əsas öz hörmətindir, başqasının evindəki 4 qadının ölüm təhlükəsi ilə üzləşməsi yox. Başqa vaxt yolda həmin qadınların namusunu qoruyurmuş kimi görüntü yaradanlar indi bu cinayəti eşitməzdən gəlirdilər.
Polis çağırmaq evdəkilərin heç ağlına da gəlmirdi. Lap gəlsə idi də, buna cəsarət etməzdilər. Çünki əvvəl-axır polis də elə qonşulardakı kişilərdən seçilmirdi ki.
Hər şeyi görən Allah da sanki bu mənzərəni ya görmür, ya da qonşular kimi görməzdən gəlirdi.
Əlləri hər yerdən üzülən bu 4 qadın qabaqlarında 2 kişi görürdülər. 45 yaşında və 10 aylıq. Qadının kişidən müdafiə olunmaq üçün kömək gözləməsi təbiidir, bu qadınlar da bu təbii prosesin axarında bu 2 kişiyə baxırdılar. Sanki dünya qurumuş, 510 milyon kvadrat kilometrdə bu 6 nəfərdən başqa insan qalmamışdı. Bunlardan dördünün müdafiəyə ehtiyacı vardı. Dayaq axtarırdılar. Qarşılarında isə dünyada qalan digər 2 insan vardı. Kömək yalnız onlardan ola bilərdi. Amma real kömək edə biləcək 45 yaşlı kişi özü təhlükənin episentri idi. Hücum məhz onun özü olduğundan o, müdafiə ola bilməzdi. Ümid yalnız 10 aylıq kişiyə idi.
Əslində bu qadınlar müdafiə yox, qisas istəyirdilər. Olan olub, keçən keçmişdi. Döyülmüşdülər, söyülmüşdülər. Onlara yalnız qisas lazım idi. Bunu da 10 aylıq körpədən gözləməyə məhkum idilər.
Kişi uşağı əzizləyirdi. O qədər uşağa aludə olmuşdu ki, onun hər hərəkətini təqdir edirdi. Bir az əvvəl etdiyi vəhşilikdən sonra kiməsə xoş münasibət göstərmək ehtiyacı hiss etdi özündə. Özünü sındırıb arvadına, qızlarına yaxınlaşmazdı. Ona görə bütün enerjisini oğluna yönəltmişdi.
Uşaq narahat idi. Bir az əvvəl bacısı pampersini açmış, atası döyməyə başladığına görə yenisini qoymağa macal tapmamışdı. Kişi uşağı qoltuqlarından tutub başının üzərinə qaldırmışdı. Uşaq atasının başı üzərindən anasına, bacılarına baxırdı. Maraqlı idi, uşaq narahat olsa da, ağlamırdı. Anası, bacıları da onun narahatçılığını görür, lakin qisas arzusu ilə səslərini çıxarmırdılar.
Birdən uşaq qızardı, sifət əzələləri gərildi, ayaqlarını yığıb əlləri ilə ayaq barmaqlarından tutdu. Kişi hələ də uşağı həmin vəziyyətdə başını üstündə saxlayıb gah tərifləyir, gah yaltaqlanır, gah da başqa üsullarla oxşadırdı. Uşağın sifətindəki gərginlikdən anası və bacıları nə olacağını anladılar. Amma qisas və qorxu hissləri onlara səslərini çıxarmağa imkan vermədi.
Birdən uşaq üçün güclü sayıla biləcək səs gəldi və uşağın nəcisi bir göz qırpımında atasının ağzına doldu. Uzun müddət yerdə yarıçılpaq qalan uşağın bağırsaqları soyuqlamış, nəcis su kimi olmuşdu. Kişinin səsi bir anda kəsildi. Robot kimi uşağı aşağı saldırıb yerə qoydu və döndü qadınlara tərəf. Ağzı tamam açıq-qəhvəyi nəcis içində idi. Maye nəcis alt çənəsindən süzülüb sinəsinin tüklərinə damcılayırdı. Qadınların qorxulu sifətindən yazıq-yazıq baxan gözlərinin dəriniyində sevinc parıldayırdı. Kişi 8 dənə gözdən ağzından axan nəcisə zillənmiş sevinc parıltısını görürdü.
Qisas möhtəşəm idi...

Comments