Paz



Sonra da deyirik, başımızın üstündə zor olmasa da, yaşayarıq. Hələ dövlətsiz cəmiyyət arzulayanlar da var. Dünən Seymur Baycanın təzə kitabından maraqlı səhnə oxudum. Qısa olaraq deyim: 90-cı illərin əvəllərində cəbhə rayonunda camaat çörək növbəsindədir, basabas, qırğın-qiyamətdir. Çörək azaldıqca bir-birlərini tapdalayırlar. Heç kim güzəştə getmir, növbə mədəniyəti nədir, heç anlayışı da yoxdur. Bu zaman rayondakı rus əsgərləri avtomatla gəlib camaatı növbəyə düzürlər, onlar gedəndən sonra də növbə dağılmır, səs-küy, qarğış-söyüş kəsilir.

Əvvəl mən işlədiyim bankda “geyim məcəlləsi” (kodeksi) adlı bir sənəd imzalamışdıq. Sərt qaydalar nəzərdə tutulmuşdu geyim haqda. Əlbəttə ki, geyinirdik. Sonra işimi dəyişdim. Yeni iş yerim bu barədə o qədər də ciddi deyildi. Yeni iş yeriməə düzəlməyə kömək edən adam dedi ki, “kodeks-zad yoxdusa da, məhz hüquqşünas olduğuna görə geyiminə diqqət et. O birilərə çox da baxma”. Görürdüm ki, cinsdə, ketdə gələnlər var işə. Cəmi bir gün qalstuklu gəldim, ondan sonra idman stilinə doğu tədrici yolçuluq başladı. Amerikanların smart-casual tipli geyiminə daha çox uyğun gəlirdi stilim. Amma tədrici keçid davam edirdi. Axır ki, bu gün işdə kapşonlu jiletlə cins şalvarda oturmuşam.
Mən mümkün qədər rahat geyinməyin tərəfindəyəm. Hətta siyasətçilərin də kostyum-qalstuk geyinməsini istəmirəm, əlacım olsa, hamısını yandıraram (geyimlərinin). Sözüm bunda deyil. Məsələ burasındadır ki, indi məni bir dəfə geyimimə görə danlasalar, pazı hiss eləsəm, yenidən ciddiləşək geyimim. Bunu elə əvvəldən adam dilində demişdilər də. Mütləq paz olmalıdı?
Əksəriyyətimiz beləyik. Adam kimi deyiləndə anlamırıq ki. Sui-istifadəni, yumşaqlığın istismarını mümkün qədər davam etdirir, sonra da sivil-mivil münasibətlərdən danışırıq.