Rüşvətə “H.Ə.”



“Bezdiriblər bizi, o sənədi gətir, bu sənədi gətir. Əvvəl 5-10 manatımızı verib həll edirdik. Polisə pul vermək olmur, tutan kimi yazır, məndə o imkan hardadır ki, teztez “prava” dəyişim?!...” O qədər belə şikayətlər gəlir ki... Ağıllılar deyirlər, bürokratiyadır. Camaat da razıdır onlarla.
Rüşət qanımızda deyil. Əlbəttə, deyil. Amma həyat tərzimizə elə çeviriblər ki, indi əl çəkə bilmirik. Hər gün görürəm, camaat elə narazdır ki, qimətlər bahalaşanda belə nifrətli olmamışdılar, bu qədər bezməmişdilər.

Camaat rüşvət vermək istəyir, qanuna riayət etməkdənsə, rüşvət verməyi üstün tuturlar.
Fikrim hakimiyyətin korrupsionerliyinə, totalitarizminə haqq qazandırmaq deyil. Son vaxtlar hər gün qarşılaşdığım mənzərəni deyirəm.
Vallah, istəyirlər rüşvət versinlər. Rüşvət alanlardan daha çox narazıdırlar bu vəziyyətdən. Xalq “rüşvətə hə” deyir, amma təki xalq rüşvətə “H.Ə.” desin.

Comments