Çoxluqda olan mazoxistlər və yanıqlar



Adətən azlıq çoxluğa tabedir. Amma bəzi şeylər var ki, burda çoxluğun istəyindən asılı olmayaraq azlıq haqlıdır. Bunlar adətən ya hakimiyyətə münasibətdə, ya da mentalitetə münasibətdə təzahür edir. Hərəsinə bir nümunə yazacam:

-         Bəzən elə olur ki, əksəriyyət demokratiya yox, başqa nəsə istəyir: teokratiya, diktatura (o cümlədən proletariat diktaturası), şəriət dövləti və s.. Amma yenə haqsızdılar. Çünki demokratiya istəyənlər azlıqda olsalar da, haqlıdılar. Lap ölkədə demokratiya istəyən heç olmasa da, BMT-zad gəlib orda zorla, silah gücünə demokratiya yaratmalıdır;
-         Kiminsə cinsi həyat kimi intim məsələsinə qarışmaq olmaz. Lakin bəzən olar, hətta vacibdir. Mentalitet qadından bakirə olmağı tələb edir və bu mentalitet hakim olan ölkələrin xanımlarının əksəri 20-30-40 (adətən anormal hallara bu yaşlarda rast gəlinir, başqa yaş qrupları da ola bilər) yaşlarında bakirə olaraq qalır. Bu bədbəxtlərin cinsi həyatına nəinki qarışmaq olar, onu ictimai qınaqla biabır etmək lazımdır. Bakirəlik testinin tərəfində deyiləm. Amma elə mühit yaratmaq lazımdır ki, adamlar bakirəlikləri ilə fəxr etməsinlər, kifayət qədər uzun illər ərzində yanıq kimi yaşadıqlarına əmin olduğumuz yaşlarında bakirə olduqlarına görə xəcalət çəksinlər.

Comments