Erdoğan – boş küpə



Adam nə qədər düşük olarmış. Pafos adamın səviyyəsini aşağı salır. Çünki arxasında real bir şey durmayan boş hava, köpükdür.
Erdoğan neçə gündür sözün bütün mənalarında osdurağına basır. Sonra deyirsiz, az söyüş yaz. Buna nə deyəsən ee?
“Türk xalqı din qardaşlarına əl qaldırmaz”, “Türkiyə Liviyaya qarşı silah işlətməz” və s. osduraqlar.

Noldu bəs? Türkiyə necə oldu ki, NATO-nun əməliyyatlarında iştirak edəsi oldu. Əvvəlcədən sualtı-suüstü 10 gəmi göndərdi. Söhbətə bax ee – Türkiyə təyyarəni, gəmini göndərir, tətiyi çəkmir. Pah, nə böyük din qardaşlığı, nə böyük humanizm...
Sanki cəbhədə 10 yaşlı uşağın ölməsinə görə Sarkisyanı təqsirləndirəndə qaydıb deyirlər ki, Serj özü orda olmayıb ki, sadəcə ordunu göndərib. İndi də Türkiyə təyyarəsini, gəmisini göndərir, ama Erdoğan deyir ki, gülləni biz atmırıq.
Mən təqsirsizlər (uşaqlar və s.) istisna olmaqla Qəddafinin var-yoxundakı son kötüyə qədər bombalanmasının tərəfdarıyam. Amma bunu edəcəksənsə, əvvəldən o pafosla basıb-bağladıqların nə idi? Bir reklam, bir səhnə yaradıblar ki, gəl görəsən. “NATO-nun işi düyünə düşdü”, “Türkiyə qan qardaşlarına görə NATO-nu durdurdu”, “komandanlıq Türkiyəyə görə NATO-ya ötürülə bilmədi”, “Türkiyə işğalda iştirak etməz”...
Hadi lan ordan. Müstəqil imişmişmişlər.

Comments