Erməni köpəyuşağı



Bu qədər də olmaz deyirəm, yenə olur. Bu yaxında bir facebook dostum da elə “dahiyanə” ideya ilə çıxış etdi ki, bunu yazası oldum.
Deməli, bir-neçə il əvvəl Qubada sümük yığını tapılıb. Tapan kimi də dedilər, bu, 1918-ci ildə ermənilər tərəfindən öldürülən azərbaycanlıların sümükləridir, bura da kütləvi məzarlıqdır.
Bərəkallah, məntiqə...
1)    Hardan bilirsən ki, sümüklər məhz azərbaycanlı adlanan amörf yığnağa məxsusdur?
2)    Məni sıçmağa məcbur edən hissə - bu sümüyün sahibini öldürənin erməni olduğunu sümüyə baxıb necə bilə bilərsən???

Bu qan məsələsi elə bir şeydir ki, qanın təmizliyini iddia edən hər kəsi göt ayağında qoya bilər. Qanın bioloji, tibbi, kimyəvi, fiziki-filan təmizliyini sübut etmək olar. Yoxsa ki, milli təmizlik... Ay amaaaan... Sıçdık yaa. Ay qardaş, ay bacı, sən axı necə bilə bilərsən ki, sənin 55-ci nəsildən olan Fatmanisə nənən bir dəfə evdə su qurtarıb gecə bulaq başına gedəndə yolda rastlaşdığı Akop Hakopyana kol dibində verməyib? Axı sənin, mənim bunu bilməyimiz indiki texnologiya şəraitində sadəcə mümkün deyil.
Hamısı cəhənnəm ee. Lap tutaq ki, sümüyün kimyəvi təhlili indi azərbaycanlı adına iddia edən amörflərin sümüklərinin kimyəvi tərkibi ilə oxşardır. A kişi, a xala, sən hansı kimya ilə bilə bilərsən ki, o sümük sahibini öldürənin nənəsini kim düzəldib? Erməni, ya rus, ya türk, ya argentinalı? Necə yəni onu öldürən ermənidir?

Comments