Əvvəl deyim ki, bura təkrarçılıq olmasın deyə
indiyə qədər çox işlənmiş mövzuları salmıram. Yəni “camaatın anası-bacısı var;
ciddiyəm, kədərliyəm; bizim şanlı keçmişimiz var; Şərq hamamı inkişaf etdirəndə
avropalılar ildə bir dəfə çinirdilər” və s..
-
Biz türk
xalqıyıq, türk oğlu türkük;
-
Erməni
xalqı hamısı bir nəfər kimi bizə düşməndir;
-
Hər şeyin
səbəbkarı ermənilərdir – keçən il Saatlıda kütləvi çəyirtkə qırğınını da, Kür
daşqınını da, Yaponiya zəlzələsini də, arvadların Dubaya, kişilərin Rusyətə
satılmasını da, əsgərlərimizin bir-birlərini anal yolla zorlamasını da...
hamısını ermənilər hazırlayıb, törədiblər;
-
Amerika
elə demokratikdirsə, İraqda elədikləri nə idi bəs?;
-
Bizim
mentalitetimiz yaxşıdır, zəmanəyə görə insanlar ondan pis istifadə edirlər;
-
Hitler
bizi işğal etsə, SSRİ-dəkindən daha yaxşı yaşayardıq;
-
Qadınlar
zəifdilər, onlara avtobusda yer, sırada növbə verilməlidir;
-
Anan
avtobusda ayaq üstə qalsa, sən yaşda biri yer verməsə, sənə necə təsir edər?;
-
Əsgərliyə
getməyən oğlanı kişi hesab etmirəm – bunu xüsusən qadınlar deyəndə;
-
Facebok-da
söyüş söyəndə nəzərə al ki, dostluğunda xanımlar var;
-
Hamısı
boş şeylərdi, guya sən mitinqə çıxmaqla nə olasıdı – bunu xüsusən özünü
müxalifətçi kimi təqdim edənlər deyəndə...
Comments
Post a Comment