Tampo və Saşa



Bu gün çayxanada qonşu stolda bir qrup oğlan danışırdı. Biri daha yüksək səslə (əslində qışqıraraq) danışırdı. Təəssüf ki, onun səs tonunu, cingiltili samitləri ağzında tüpürcəkləri çalxalayaraq, kar samitləri dodaqlarını bir-birinə daha bərk sıxaraq tələffüzünü burda verə bilmirəm. Amma həqiqətən dəhşətli dərəcədə pafosla danışırdı. Gücüm ona çatır ki, onun bəzi yadımda qalan cümlələrini eşitdiyim kimi qırıq-qırıq, mümkün qədər tələffüzündəki kimi yazım:

-         (telefonla danışır) massskvadan gəlib dossstumla görüşürəm də...
-         Ala, gəldilər məhləyə, dedik ala, siz kimsiz?
-         Saşanı çağırdıq, babanın (Heydər Əliyevi nəzərdə tutur) yanındakı Saşanı. Saşa gəldi. Saşa dedi ki... Saşa baxdı bizə... Saşa qaqaşı çağırdı... Saşa... Saşa...
-         Tampogilin dükanının qabağında Saşanı gördük qaqaşla...
-         Qaqaş qızla gəldi məhləyə... Saşa ilə tutduq onu. Dedük, alə, anamız-bacımız var. Qaqaş üzr-zad istədiii, tuda-sudaaa, tutub, alə, çırp ki, çırpasan. Anası çıxdı qaqaşın. Ağladı, özünü öldürdü. Gördük, alə, qaqaş sürünür uçaskovının budkasına. Saşa ilə orda ona çatıb mitilini atdıq...
-         Tampo çıxdı dükanından. Gördü, Saşa ilə biryerdəyik... Həri...

Comments