Polisimiz Firuzə Mahmudlu yazır




Keçən dəfə yazmışdım ki, iqtidar nəcəb öz 208 000 gəncinə arxalanıb, müxalif düşərgənin qarşısına onları çıxarmır. Ama bu həftə meydana çıxardığı ağ köynək, qara kostyum geyinib keçinib gələn “qəhrəman” ları gördük.
“Mavi mavi mas mavi” oxuyaraq təlxəklik etdilər, biz əyləndik, onlar biabır oldu. Həmişə mənə elə gəlirdi ki, polis əməkdaşlarımızdın da arasında insaflısı, bu hakimiyyətdən narazı olanları var. Ama bu gün gözümlə gördüm, pensiyamı almağa gedirəm deyən qoca veteranı (veteran vesiqəsini göstərdi polis əməkdaşına) polis acımasızca çiynindən yapışıb itələdi. Arxasında adamlar onu tutmasaydı yerə yıxılacaqdı. Bizəsə “gedin s...rin burdan” dedilər. Digərləri “sizə mitinqə çıxmaq üçün nə qədər pul veriblər,” deyə söz atdi. Nə isə... hər sifət göstərdilər. Tamam, mən demirəm müxalifətimiz idealdı, ama siz əxlaqsızsız, öz vətəndaşınıza - qocasına, qızına, qadınına baxmadan rahatca söyə, itələyə, yerə yıxa, üzərinə dubinka ilə hücum çəkə, əl qaldıra bilirsiz. Şəfərsizsiz. Deməyin ki, “vəzifəmizi yerninə yetiririk”, sizin vəzifəniz söymək, qoca vətəndaşını itələmək, qızına, qadınına “gedin s....rin burdan” demək deyil, sizin vəzifəniz "asayişi qoruyuruq" deyib də, insanların yolunu bağlayıb, gediş-gəlişinə mane olmaq, üzərinə söyüş yağdırmaq deyil. Zəiflik ayıb deyil, bərpa edilə bilər, amma əxlaqsızlıq, şəfərsizlik sizin alnınıza yazılan damğadır.

Comments