Pulun verə bilmədiyi...



Get-gedə çətinləşən vəziyyət...
Mənim vəzifəyə layiq olduğum halda başqa ləyaqətsizin orda işləməsi... mənim məhz siyasi fəaliyyətimə görə işsiz qalmam, işəgötürənin bu şərəfsizliyi utanmadan, qırmızı-qırmızı üzümə deməsi... bu qırmızılığın cəmiyyətdə adi sayılması, norma kimi qəbul edilməsi, mənim buna etirazımın anormallıq sayılması...
Arzuların, planların pula görə suya düşməsi... sevgilin daxil başqalarının yanında utanmaq...

Gəlirimi kəsməklə məni fəaliyyətimdən uzaqlaşdırmaqlarından qorxmam... məni ölkədən didərgin sala bilmələrindən qorxmam... məqsədim uğrunda nəisə edə bilməyəcək duruma düşməyimdən qorxmam...
Ayda cibimə təmiz 800 manat girməsi ilə heç nə girməməsi arasında fərq...
Birdən-birə - 1 ayın içindəcə bu vəziyyətdə qalmaq... ardınca da məni işdən qovan işəgötürənin “adam kişi olar” deməsi qədər səviyyəsizləşməsi... mənə iş tapa bilən qohumların, tanış-tunuşun sabah mən işdən qovulanda mənə görə “adlarının batmaması” üçün real vakansiyaları məndən gizlətmələri...
PUL YOXSA AZADLIQ SEÇİMİ QARŞISINDA QALMAQDAN QORXMAM...
P.S. amma heç vaxt satılmayacağıma inamım, uzaqbaşı ölkədən getməyim, bir də sevgilimin həmişə, hər dözülməz şəraitdə mənlə olması, ikimizin də AZADLIQdan başqa tapındığımız bir şeyin olmaması mənə güc verir, pul verməsə də, pulun verə bilmədiyini verir.

Comments