İlham Əliyev nə pis sındıııııı.....

Yəqin elə fikirləşənlər var ki, guya mübarizə apardıq (apardınız), noldu ki. Yenə İlham Əliyev istədiyi vaxt buraxdı Eynullanı. Bu, diktaturanın bizə diktə etdiyi düşüncədir. Biz isə zombi deyilik, onlar istədiyi kimi düşünək.
Fakt budur ki, İlham Əliyev Eynulla Fətullayevlə prinsipdə idi, onu buraxmamaq üçün Ali Məhkəmə kimi konstitusion qurumu pox eləyib divara vurdu. Hər şərəfsizliyə getdi. Nəticə?
Məcbur oldu buraxmağa. Sındı, İlham Əliyev bir şeydən başqa heç nəyi olmayan jurnalist qarşısında sındı. Düzdür, əvəzsiz olmadı. O qədər tutulan oldu, sonra buraxdı birini. Onlarla tutulana əvəz 1 nəfər. İmitasiyası da gülməlidir diktatorun. Amma hər şeyə rəğmən Eynullanı işəridə saxlamaq üçün ən axırıncı yollara gedən diktator bu gün sındığını camaata bəyan etdi. Nə deyim – ayıb olsun!
Ən az şey edənin də Eynullanın azadlığı üçün, heç nə etməyib yalnız ürəyində ona azadlıq arzulayanın da rolu oldu burda. Çünki diktatura bizim nifrətimizdən qorxur. Məhz Eynullanın özünün və müdafiəçilərinin bu qədər mübariz olmaları idi onu buraxmağa diktaturanı məcbur edən. İlham Əliyevə qalası olsa idi, Emin dayını da tutdurardı.
Bəli, Eynulla layiq olduğunu aldı – AZADLIĞINI. Bu isə elə bir məfhumdur ki, bunu ifadə etmək üçün bütün bloqlar-zadlar – heç nə yetməz. Eynulla təbrikə, sevincimizə, fəxrimizə layiqdir.

Comments