Qarabağa ən böyük ironiya





Qarabağ yaralı yerimizdir deyirlər, yəqin ki düz deyirlər. Buna görə də qıcıqlandırmaq məqsədilə çox ironiya-filan olmuşdu bu yaralı yerə. Amma beləsini hələ görməmişdim. 17 mayda Qarabağ Azadlıq Təşkilatının nümayəndəsi bizi 18 mayda Laçının işğal gününü qeyd etməyə çağırdı.

Necə? Şəhidlər Xiyabanını ziyarət edəcəkmişlər. Xub. Sonra? Qayıdıb şəhərdə tir atacamışlar!!!????....,,,,,,,,rjfneicneilcn34ejicnel6354cvül5evn”;%:?*İAHD
Nə deyim, nə reaksiya verim, bilmirəm. Hansı durğu işarəsindən, hərfdən-zaddan istifadə edim bilmədim.Adamın yadına Fələstin Azadlıq Təşkilatı düşür. Bu təşkilatları “müqayisə” ediblər bir ara mətbuatda. Ona görə uzun demək istəmirəm.
Mən terrora-zada haqq qazandırmıram, müharibəyə nifrət edirəm, humanistəm – zırt-bırt.
Amma məsələ burasındadır ki, FAT silah əlində döyüşür, hücum edir, müdafiə olunur, əhalini qoruyur və ya qırır, raket atır, güllə atır, bomba atır, amma tir atmır.
İndi tələb olunan 1967 sərhədləri ilə Fələstinə düşən bütün ərazi bizim işğal olunmuş ərazidən balacadır. FAT bu ərazini azad etmək üçün ciddi olaraq (haqlı və ya haqsız) iş görür. QAT isə özünə o boyda zırıltı ad qoyub, o boyda ərazini hədəf seçib ... TİR ATIR.

Comments