Hakimiyyət necə zorlayır? (şəkillərlə)

Bu yaxında klassik pozalardan bezib google-da “kamasutra” yazıb axtarışa verdim. Sağ olsunlar, maraqlı pozalar haqqında məlumat verdilər, adam eləcə yazını oxuyanda ereksiyanı hiss edir. Amma diqqətimi başqa şey çəkdi. Bir məşhur söz var : “I don’t want sex, but government fucks me everyday.” Pozalara baxdıqca bu məsəl düşdü yadıma, deməli indi görəcəyiniz şəkillərdə hakimiyyət kişi rolundadır, qadın rolunda isə kimlərdir, izah edəcəm. Getdik:



bu şəkildə qadın rolunda xalqın əksəriyyəti çıxış edir. Başlarını aşağı salıblar, mazoxistcə zorlanma başgicəllənməsindən həzz alırlar. Hərəsi bir loxma çörəyini qazanır, danışanda özlərini namuslu-qeyrətli hesab edirlər, amma necə deyərlər, dallarından xəbərləri yoxdur. Dallarının vəziyyətini isə biz şəkildə açıq-aşkar görürük. Baxın, görün bu poza haqqında kamasutra saytında nə məlumat var: “Əlbəttə, bu pozada sevişmək bütün gecəni problemli edəcək, lakin sizin seksual əfsanənizin möhtəşəm finalı ola bilər.” Bütün gecə, bütün ömrümüz problemli olacaq, amma hər halda final – hakimiyyət üçün möhtəşəm olacaq.

bu pozada təsvir olunanlar özlərini azad insan sayıb, mübarizə üçün heç bir partiyaya, hərəkata, qruplaşmaya qoşulmayan, özü özünü və ya başqaları onu hakimiyyət qarşısında tək qoyan insanlardır. Baxın, zərərçəkən ayağı ilə hakimiyyətə müqavimət göstərmək istəyir, lakin hakimiyyət onu elə vəziyyətdə tutub ki, axıra qədər gedir. Bu poza haqda saytda yazılır: “Kürəyi üstə uzan, dizdən qatlanmış ayaqlarını döşlərinə sıx və onlara sürt. Partnyorun sənə yaxınlaşanda yavaşca ayağını onun döşünə qoy.” Yəni, bu özünü azad sayanlar sakit durmurlar, hakimiyyətdə onları zorlama həvəsi oyadırlar (ayaqlarını döşlərinə sürtürlər), hakimiyyət yaxınlaşanda isə yavaşca ayağı ilə müqavimətə başlayır, bu da dediyimiz kimi daha sərt zorlanmaya səbəb olur.

bu pozada isə polisimiz təsvir olunub. Vəziyyət belədir ki, partnyorlar ikisi də bir-birinə dayaqlanıb. Polis buraxsa, hakimiyyət stola yıxılacaq, hakimiyyət buraxsa, polis stoldan aşağı – aşağıların (xalqın) əlinə - düşəcək. Hər iki tərəf bir birinin gözünə baxır, polis görür ki, hakimiyyət onu nə vəziyyətə qoyur, lakin yenə də özünü sipər edir.

bu poza xalq arasında yayılmış “ayaqları göydə qalmaq” sözünə uyğun gəlir. Bu sözü camaat orda işlədir ki, biri çox pis vəziyyətdə, çıxılmazda qalsın – “ayaqları göydə qalıb.” Şəkildə görürük ki, hakimiyyət bəzilərini tupikə salıb, bunlar hakimiyyətin yanında, jarqonla desək, “qrex”ləri olanlardır. Məslən, 1993-də diktaturanın bərqəqrar olması üçün elə qələt edib ki, indi hakimiyyət bunu ortaya çıxarsa, partnyor çox pis vəziyyətdə qalacaq. Ona görə də hakimiyyət tərfindən zorlanmasına göz yummalıdır.

burada altda olan “konstruktiv müxalifət”dir. Saytda yqazılan yazıya baxaq: “kişidən xahiş edin ki, 4 ayaq dayansın (şəkildə göstərildiyi kimi) və eləcə də qalsın. Çanağını qaldır və intensiv şəkildə yuxarı-aşağı hərəkət etdirməyə başla. Bu halda sən altda olsan da, gənc kişini əla təəccübləndirərək aktiv rolu üzərinə götürəcən.” Deməli, hakimiyyət hamı kimi bu “konstruktiv”ləri də zorlamaq istəyir, amma onlar hakimiyyəti təəccübləndirəcək fantaziyalarını işlədərək yaltaqlanırlar, özlərini altda ola-ola aktiv göstərməklə təslim edirlər.

bunu belə ifadə etmək olar - əziyyətli və könüllü, yəni mazoxizm. Burada zorlananlar YAP-çılardır. Hakimiyyətin qucağına ən çox oturanlardır. Seksi gücləndirmədən tərpənmələri imkansızdır. Saytda yazılır ki, “Sənin partnyorun nə qədər irəli getsə, sizə hərəkət etmək o qədər asan olacaq”. Məncə hər şey aydındır.

bunlar yaltaqlanmaqla nəsə əldə etməyə cəhd edənlərdir. Hakimiyyət sakitcə uzanıb, yaltaqlar kənardan elə girişirlər ki, sanki zorlanmaq istəyən bunlar deyil. Saytda deyildi kimi “tələsmədən “vint kimi” hərəkətlərə başla”, yəni yavaş-yavaş yaltaqlan, axırda alınacaq.

ən gözəl təsvir olunan budur. Burada zorlanan hakimiyyət əleyhinə doğrudan da mübarizə aparanlardır, təşkilatlanmış şəkildə. Deməli, vəziyyət belədir: hakimiyyəti məhv etmək istəyən müxalifət çıxıb onun üstünə (bəlkə də boğmaq məqsədilə), amma təəssüf ki, başdan yapışmaqdansa, daha əhəmiyyətsiz olan ayaqdan yapışıb, hakimiyyət də onu hamı kimi zorlamaq istəyir, lakin heç də başqalarında olduğu kimi alınmır. Sayta baxaq: “qarnını onun ayaqları arasına burax və onun orqanını yuxarı-aşağı sürüşdürməyə başla.” Gördüyümüz kimi burada həqiqi mənada seks alınmır, sadəcə sürtünmədir. Düzdür, bundan hər iki tərəf ləzzət alır, amma heç biri öz məqsədinə çatmır.

Comments