Təcavüzkarların adları

 
İdiot fikirlərdən daha biri sanksiyalaşdırılır. Nizami Cəfərov deyir ki, “həddən artıq arxaik, kənardan gəlmə (Vera, Zara), və yaxud təcavüzkar şəxslərin (Andranik, Hitler, Stalin) adlarının qoyulmasına qadağa qoyulacaq” (http://axar.az/index.php?option=com_content&view=article&id=3001:nizami&catid=5:top-news&Itemid=35).
Kənardan gəlmə adlar deyəndə hansı dövrdən sonra kənardan gəlmə nəzərdə tutulur, anlaşılmır. Hal-hazırda Azərbaycanda qoyulan əksər adlar ərəb mənşəlidir və 7-ci əsrdən etibarən kənardan gəliblər. Bundan əvvəlkiləri də Altay dağlarından gələn türklər gətiriblər. Bəlkə, Nizami C. yalnız qədim Albaniya və Atropatena mənşəli adları məqbul sayır. Axı ən qədim insan Keniyada yaranıb, yəni onda bütün insanlar bura gəlmədilər də. Yaxud hamının adı Füzuli rayonu mənşəli olmalıdır – azıxantrop oralı olduğuna görə... Gördüyünüz kimi məntiqlə idiot nəticələr alınır, çünki təklif özü idiotdur.
Hələ o biri – təcavüzkar şəxslər. Bunu oxuyub xeyli güldüm. Hələ onu demirəm ki, başdan-başa cəfəngiyatla dolu olan subyektiv tarix “elmi”, kimi təcavüzkar, kimi isə “bomba oğlan” sayacaq bilinmir. Lap tutaq ki, bəzilərini müəyyən etdilər. Yəni “YAP məntiqi” ilə baxaq hələ ki: təsəvvür edin, Robert (Robert Köçəryana görə), Xosrov (I Xosrov Ənuşirəvana görə), İsgəndər (Makedoniyalı İsgəndərə görə), İsmayıl (I Şah İsmayıla görə), Təhmasib (I Şah Təhmasibə görə), Piter (I Pyotra görə), Fətəli (Quba xanı və Urmiya xanı Fətəli xanlara görə), Çələbi (Şəki xanı Çələbi xana görə) adları qadağan olunmalıdır. Bu siyahını o qədər uzatmaq olar ki, yazı wikipedia-ya dönər.
İndi isə öz məntiqimizlə bu idiot layihəni hazırlayan YAP hakimiyyətindən tələb edək: Heydər adı qadağan olunsun, çünki Heydər Əliyev demokratik hakimiyyətimizə təcavüz edib; İlham adı qadağan edilsin, çünki İlham Əliyev azadlığımıza təcavüz edib; Əziz adı qadağan edilsin, çünki Əziz Əliyev minlərlə insanın həyatına təcavüz edib; Siyavuş, Zahid, Qüdrət, Oqtay, Murtuz, Mehriban ... adları qadağan edilsin, çünki səslərimizə təcavüz ediblər, konstitusiyamızı zorlayıblar.
Nədir bu məntiq? Nə deməkdir bu? C. Nizami deyir ki, Adolf adı qadağan olunmalıdır ki, o adı Hitler daşıyıb və o, təcavüzkar olub. Birincisi, yuxarıda sadaladığım təcavüzkarların adlarını hara qoyacağıq? İkincisi isə, bəlkə Adolf adlı humanist, müsbət keyfiyyətləri ilə hamıdan fərqlənən biri də yaşayıb. Niyə o ad cəllada qurbamn verilməlidir? İndi mən oğlumun adını Zaur qoymaq istəsəm və mənim arvadım doğana qədər Dağıstandan bir debil Zaur (bu ad daha çox Şimali Qafqazda istifadə olunur) çıxıb terrorla-zadla təcavüzkarlıq eləsə, vəhşilikdə Hitleri ötsə, mən neyləməliyəm? Fikrimdə tutduğum adı dəyişməliyəm, yoxsa özümə nifrət eləməliyəm, bəlkə övladıma o adı qoyub Dağıstanlı Zaura görə hər gün oğlumun üzünə tüpürməliyəm?
Görəsən C. Nizaminin xəbəri var ki, Nizami adında o qədər cındır olub ki!? Görəsən, o əclaflara görə C. Nizami adını dəyişəcək və ya nəvəsinə öz adını qoymaqdan məhz buna görə imtina edəcək?
P.S. Əşi, Nizami C. özü də elə həmin səs təcavüzkarlarından deyil ki?
P.P.S. "nizami cəfərov" yazıb google-da axtarışa verdim, bu şəkil çıxdı.

Comments