Zövqlər müzakirə olunmalıdır

Zövqləri dəyişmək çox çətindir. Buna görə də deyirlər ki, “zövqlər müzakirə olunmur”. Amma bu, bir az bəsit yanaşmadır. Zövqləri müzakirə etməmək təhlükəlidir (amma müzakirə etmək də təhlükəlidir).
Zövq daşlaşmış xüsusiyyətdir. Bunu aldığın informasiya ilə, inkişafla dəyişə bilərsən. Amma ani dəyişiklik demək olar ki, mümkün deyildir. Nümunəyə baxaq.
Bir azərbaycanlı uşaqlıqda muğama qulaq asır, sevir bu musiqini, zövqünü oxşayır. Bir az keçir üstündən, bir gün rok eşidir, özü də “hard”-ından. Bu musiqi də onu iyrəndirir. Çünki zövqü muğama köklənib. Zövqünü ətrafı formalaşdırıb.
Amma bir gün ətrafında yeni biri peyda olur. Ona başa salır ki, rok nədir. 60-lardan danışır, seksual-filan inqilabların motorunun rok olmasından danışır, muğam sözünün mənasını (“ağlayıram”) anladır, muğam həzinliyində yatan Şərqi və rok raketində uçan Qərbi təsvir edir.
Bunları anlamağa zaman lazımdır, anladıqdan sonar muğamın gözdən düşməsi, hər dəfə muğam eşidərkən bədbəxtliklərimizin baiskarı kimi gözünün qarşısına gəlməsi üçün zamana ehtiyac var. Yavaş-yavaş zövq istiqaməti dəyişir. Azərbaycanlı anlayır ki, muğam nə imiş, rok nə imiş, gənc nə imiş, etiraz nə imiş və s..
Amma əgər o balacaya rok haqqında anladılmasa idi, ona rok mahnılar, onları əldə etmə yolları başa salınmasaydı, yəqin ki, muğam tilsimindən qurtarma mümkün olmayacaqdı.
Burada zövq sözünü geniş anlamda başa düşmək lazımdır. Tutaq ki, biri düşüncələrində müasirləşib, avropalaşıb. Seksual inqilabdan danışır, deyir ki, qadınlar seks istədikləri dövrdən etibarən, nə vaxt istəsələr o zaman bakirəliklərini itirməlidirlər, bakirə ilə evlənmək təəccüblü və qınanılası bir şey olmalıdır. Sonra bu adam öz evlənəcəyi qızı seçəndə tərəddüd qarşısında qalır, bilmir gələcək həyat yoldaşının vaxtilə başqasının altında yatdığına dözə biləcək, ya yox, ümumiyyətlə, buna dözmək lazımdır, yoxsa mentalitetin boyunduruğuna?
Bu da zövq məsələsidir. Bu adamın zövqünü illərdir ki, mentalitet oxşayıb, ona yengənin yapon bayrağını kəndə nümayiş etdirməsi ləzzət edib. İndi isə bunlara gülür, lakin ağlı ilə gülür, zövqü ilə yox. Zövqün dəyişməsi daha çətindir. Bunlara zövqlə də gülə bilməlidir o. Həyat yoldaşının başqalarından öyrəndiyi seks təcrübəsini bölüşməsindən həqiqətən ləzzət alanda artıq zövqün avropalaşmasından, yəni altşüur olaraq avropalaşmadan danışmaq olar.
P.S. “Avropalaşma” sözü burda mübahisələndirilə bilər. Bu barədə növbəti yazıda.

Comments