Bu da Qarabağ əlilinə və Aybəniz Haşımovaya verilən qiymət



 
Bayaq televizorda Qarabağ əlilini göstərirdilər. Qollarının və ayaqlarının hər ikisi (dördü də) 1993-cü ildə donvurmadan kəsilmişdi. Müharibəyə yaşı düşməyə-düşməyə (16 yaşında) könüllü gedib. Don onu bir dağın zirvəsindəlki mühasirədə vurub. O dağa ona görə qalxmışdılar ki, 20 yanvarın 3-cü ildönümü ilə bağlı bir yer azad etməyi planlamışdılar və dağı düşməndən almışdılar, döyüşdə 14 erməni öldürmüşdülər.

Don onu vurana qədər 2 dəfə ağır vəziyyətdə hospitala düşsə də, yenə də gedib cəbhəyə. Dondan sonra isə əl-ayaqlar gedib...

Onu göstərirdilər ki, müalicəsinə pul ayrılsın. Deyirdilər, yoxsa vəziyyət daha da ağır olacaq. Bəlkə də ətrafların kəsilməsi davam edirmiş. Bu qəhrəmanın müalicəsi üçün pul yığmaq məqsədilə ekrana çıxdığını görəndə ilk sarsıntını keçirdim. Onu üzündən hələ də məğrurluq yağırdı. Bəs necə? O ki 20 yanvar faciəsinin ildönümünü döyüşsüz qeyd etməyi şəninə sığışdırmaylb vaxtilə; o ki özündən böyük çox qeyrətsizin mənliyinə tüpürüb 16 yaşında ÖLMƏYƏ gedib.

Amma bu hələ jurnal imiş. Bir az sonra əlimə qəzet düşdü və oradan oxudum ki, prezident İlham Əliyev əməkdar artist, qızı bayrağımızı İlham Əliyevin özü kimi tərsinə asan Aybəniz Haşımovaya Yeni Yasamaldakı təzə tikilən binalardan birindən ev hədiyyə edib. Gözümün qabağında 16 yaşında döyüşə gedən, indi əlləri və ayaqları olmayan qəhrəman və Aybəniz gəlib durdu. Və gözümün önündəki bu mənzərənin fonunu İlham Əliyevin ayaqlarını aralayaraq kresloda oturmuş vəziyyəti bəzədi.

Nə deyim? Bilirəm, “şərhsiz” sözünü yazmalıyam indi. Amma içim içimi yeyir axı. Aybəniz, İlham... Hansı təsvirə sığdırım bunu? Bayrağımızı tərsinə asan qızına bayrağın rəngləri barədə tərbiyə verə bilməyənə ev verir və eyni zamanda bayraq uğruna əl-ayaqlarını itirən qəhrəman televizorda müalicəsi üçün imkanlı kəlpeysərlərdən pul istəyir.

Aybəniz olmayana ev yoxdur, cəhənnəmə olsun, bəs 2 əlini, 2 qolunu bizim uğrumuza itirənə bir müalicə pulu da mı yoxdur, ay şərəfsiz?


Comments