Cabbar durur gözümün önündə



 
Axır vaxtlar iyrənc ziddiyyətlərlə qarşılaşıram. Bundan əvvəlki yazım da elə bu barədədir.
Bu gün oturmuşdum cizgi filminə baxırdım. Evdəkilər gəlib dirəşdilər ki, ya “Toy olsun”a baxacağıq, ya da “Onun yarısı”na. Çevirdilər bunlardan birinə. Bu verilişlər haqqında danışmağa lüzum yoxdur yəqin. Mən televizorun qabağından durmağa hazırlaşanda işdən icazə alıb gəlmiş 25 (!) yaşlı bir oğlanla qocalar evindən icazə alıb gəlmiş 65 yaşlı bir qadın özlərinə arvad, ər axtarırdılar.

Öyrəncəliyik gənclərin bu debilliyinə. Amma həmin vaxt mənə gələn zəng növbəti iyrənc ziddiyyəti yaratdı. Zəng eləyib dedilər ki, Appellyasiya Məhkəməsi Cabbarın hökmünü qüvvədə saxlayıb, Kamranla Əbülfəzi də bölməyə aparıblar.

25 yaşlı, televizorda özünə kölə-arvad axtaran gənc və 19 yaşlı, diktaturanın vəhşiliyi önündə özünə və bizə AZADLIQ axtaran gənc. Nə deyim, nə söyüm yenə bilmirəm. Yazdıqca əsəbim artır, kövrəkliyim güclənir. Cabbar kimi olmağa onsuz da cəsarəti çatmayanlar heç olmasa adi, sadə, lap səviyyəsiz də olsa, ADAM olsunlar, daha kölə olmasınlar.

Bunu yazanda həmin verilişlərdən birində “vağzalı” gedirdi və XALQ ARTİSTİ Faiq Ağayevin səsi gəlirdi. Bundan sonra mən “vağzalı”ya necə nifrət etməyim? Bu xalq artistinin xalqına necə nifrət etməyim? Nifrət edərdim bu KÜTlənin hamısına. Amma...

Amma Cabbar durur gözümün önündə. 19 yaşında milyonlarla şərəfsizin fövqünə qalxan uşaq durur gözümün qabağında. Baxıram Cabbara və tüpürürəm bu xalqın bütün cındırlığına, bütün toyolsunlarına, bütün faiqağayevlərinə, bütün köləliklərinə.

Cabbar durduqca biz də duracağıq iyrənc təbliğatın, diktaturanın, Amnişanın anası Ambənizə ev verənin qarşısında.

Comments