Oxucularıma



 
Dəyərli blog oxucuları!
Blogu oxuyub facebook-da mənə dostluq göndərən xeyli adam var. Hər birinizə təşəkkür edirəm – dostluq göndərənlərə də, göndərməyənlərə də. Əvvəllər dostluq göndərənləri tanımasam, təklifi qəbul etmirdim.
Lakin son dövrlər dostluq təkliflərinin içində sizin üstünlük təşkil etdiyinizi görüb bir dəfəyə onlarla tanımadığım adamı dostluğuma qəbul etdim.
Ardınca dost siyahımda bir-neçə saxta profil peyda oldu. Deyə bilərsiniz ki, bir-neçə saxta profilə görə onlarla real profil niyə ziyan çəksin.
Haqlısınız. Lakin başqa yol görmədiyimdən tanımadıqlarımı silməyə qərar verdim. Çünki yazılarıma, fəaliyyətimə görə izlənirəm, mitinqqabağı yaşadığım və yaşamadığım (qohumlarımın) evlərə qədər polislər gəlir, mütəmadi olaraq yaxınlarım polis idarələrinə çağırılır. Bu səbəbdən daim parollarımı, istifadəçi adlarımı dəyişib yayınmağa çalışıram. Ümid edirəm, anlayışla qarşılayacaqsınız.
Xahiş edirəm, dostluq göndərəndə istifadə olunan, öz şəkliniz olan, saxtalığına görə şübhələnməyə əsas verməyən profillərdən göndərin.
Bu hala görə haqsız yerə dostluğumdan silinənlərdən üzr istəyirəm və tanıdıqca, real profillər olduqca yenə dostluğa qəbul edəcəm.
Təşəkkürlər!

Comments