Azərbaycanın simvolu – PALLLLLLÇIQ vulkanları



Azərbaycanı ən gözəl simvolizə edən şey – palçıq vulkanı.
Baxırsan qıraqdan, püskürür, hayqırır, “odlar yurduyam”, “od oğluyam”, “oddan yaranmışam” deyib metrlərlə alov dilləri ucaldır göyə.
Yaxına gəlirsən ki, nə? PALLLLLLÇIQ. Sən demə bunun basıb-bağladığı odlar yurdu, od oğlu, azərin baydarakanı – filan hamısı boş pafos imiş, palçıq imiş bu, PALLLLLLÇIQ.

Nahaq yerə deyil ki, dilimizdə təmiz öz sözlərimiz olan azı 6-7 palçıq sinonimi var. Gördüyümüz elə bu olub da. Amma od sözünü bizə xaricilər öyrədir. Deyirlər, Azərbaycan sözündəki “azər” sözü fars dilində “od” demək imiş. Yəni kənardakılar bizi “od” hesab edib elə adlandırırlar, özümüz isə adımızın belə açılışına ancaq gülə bilirik, acı-acı. Çünki xirtdəyə, yəni kraterə qədər palçığın içindəyik.
Buna başqa tərəfdən baxanda da eyni mənzərədir. Bizim kənardan görünənimiz – bahalı maşınlar, modern geyimli prezident və xanımı, neft sənayesi... hamısı vulkanın odudur. Zor görsənir. Amma əslində... Əslində sözün həm birbaşa (kənd yollarından tutmuş paytaxt yollarına qədər), həm də dolayı (adamların sifətindən tutumuş həyat tərzinə qədər) palçığın, p.xun içindəyik.
Televiziyalarda da palçıq vulkanını uzaqdan çəkib püskürən odunu göstərirlər, amma yaxına gələn kimi zibili çıxır – rəzilliyi, bədbəxtliyi simgələyən PALLLLLLÇIQ.

Comments