Alternativ



100 dəfə demişik ki, bizdə hər şey ağ-qara qədər aydındır, biz indi nəyin ağ, nəyin qara olduğunu müəyyən edə bilərik, bənövşəyi, qırmızı-filan vız gəlir. Söhbət hakimiyyətə münasibətdən gedir. Bir var bu iqtidara tərəf olanlar, bir də əleyhinə olanlar, vəssalam. Ortada bir kopoyoğlu yoxdur. Özünü ortada hesab edib guya hər iki tərəfə loyal və ya hər iki tərəfə tənqidçi olanlar manipuyatorlardır, yalançılardır, özlərini sırımaq istəyirlər, səmimiyətdən danışmağa haqları yoxdur, həyasızlıq edirlər. Hər iki tərəfə loyal olmaq hakimiyyətin siyasətinin məqsədidir. İndi deyin görüm hakimiyyətin siyasətinin məqsədinə qulluq etmək nədir?
Hər iki tərəfə tənqidçi olmaq yaxşıdır, amma özünü tənqidçi elan edib guya heç bir tərəfdə olmamaq görüntüsü yaratmaq yuxarıda dediklərimdən başqa bir şey deyil. İndi bu ağ-qara fonda klassik ibarələrlə özlərinə bəraət qazandırmağa keçiblər. Guya “İrəli”çilərin, YAP-çıların, daha nə bilim hansı şərəfsizlərin fikirləri alternativ imiş.
Ay manipulyator, əvvəl bir bax gör alternativ nə deməkdir. Solçularla sağçıların fikri bir-birinə alternativdir, fərdi mübarizə tərəfdarı ilə müxalifət partiyası üzvünün fikirləri bir-birinə alternativdir, ateistlə deistin fikirləri bir-birinə alternativdir, fərq var, FƏRQ. Əkslik var, bərabər imkanlar var, hər kəs sözünü deyə bilir, təhqirsiz-böhtansız deyirlər. Üçüncü tərəf də sərbəst mühakimə edə, qiymətləndirə bilir, alternativi seçir. Yoxsa ki, dovşana “səni yeyərəm” deyən canavarla “mənim yaşamaq hüququm var” deyən dovşan bir-birinə alternativ deyil, arvadının dəvət edilənlər siyahısına qoşulmasına razı olan oğraşın başqa birinə “petux” deyərək təhqir etməsi həmin zərəçəkmişin özünümüdafiəsinə alternativ deyil, hər gün it kəlləsi kimi televizordan düşməyən hakimiyyət namizədi, tərəfdarları ilə 1 dəfə də olsun görüşməyə imkan verilməyən müxalifət namizədinə alternativ deyil.
Alternativin nə olduğunu anlamadan birinin təhqirini alternativ fikir kimi göstərmək nə anlama gəlir? Biri o birinə böhtan atır. Tutaq ki, Əhməd Məmmədə böhtan ataraq deyir ki, sən ötən 3 ay boyunca hər ay 20 dəfə olmaqla cəmi 60 dəfə minet eləmisən. Məmməd də əsəbləşir, buna etiraz edir ki, belə biabırçılıq etməginən. Onda Əhməd qayıdır ki, “a kişi, niyə əsəbləşirsən? Sən deyirsən, minet eləməmişəm. Xub. Deməli, mənim fikrim sənin fikrinə alternativdir, hörmət elə də.” Belə olanda bu Əhmədi də, onun fikrini yayanları da tutub zorlayasan ki, sənin zorlanmaya müqavimətin mənim hücumuma alternativdir, gəl bir-birimizə hörmət edək.

Comments